Əgər müştəri, çatdırılma üçün təklif edilən gündə məhsulu təhvil ala bilməyəcəksə müştərinin əldə etmək istədiyi məhsul sifarişin təsdiqləndiyi gündən 7 (yeddi) gün ərzində onun adına saxlanılacaqdır. Bu müddət bitdikdən sonra müştərinin sifarişi ləğv ediləcəkdir.
Qeyd edilən ünvana çatdırılma dəhlizlərdə və keçidlərdə heç bir maneə olmamaq şərti ilə qeyd etdiyiniz yerlərə yerinə yetirilir. Keçidlərin, qapıların, dəhlizlərin, pilləkənlərin eni, hündürlüyü və uzunluğu qablaşdırmada olan məhsuldan ən azı 5 santimetr böyük olmalıdır.