Xaricdə Smeg 16 filialı (Böyük Britaniya, Fransa, Belçika, Hollandiya, Almaniya, İsveç, Danimarka, İspaniya, Portuqaliya, Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Cənubi Afrika, ABŞ və Avstraliya), Honq-Konqdakı nümayəndəlikləri və Səudiyyə Ərəbistanı və geniş distribyutorlar şəbəkəsinə malikdir.
60 ildən artıqdır ki, Smeg tanınmış beynəlxalq memarlarla əməkdaşlıq edərək, istehlakçıların gündəlik ehtiyaclarına cavab verən funksional və zərif məişət elektrik cihazlarını yaratmışdır.
Smeg şirkəti təkcə məişət texnikası istehsalçıları arasında deyil, həm də Smeg Foodservice və Smeg Instruments bölmələrinə malik olmaqla, ictimai iaşə müəssisələri və tibb müəssisələri üçün avadanlıq istehsal edən peşəkar seqmentdə özünü göstərə bilmişdir.